DÜNYA


“Brexit” Birləşmiş Krallıqda avtomobil satışına da təsir göstərir

London, 5 avqust, AZƏRTAC 

Böyük Britaniyada yeni avtomobillərin satışlarında ciddi azalma müşahidə olunur. Ötən ilin iyul ayı ilə müqayisədə avtomobil satışları bu il 9,3 faiz aşağı düşüb.

Motor İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin məlumatına görə, satışlardakı azalma “Brexit” ilə əlaqədardır. Belə ki, “Brexit”dən sonra Britaniya bazarının aqibətinin bəlli olmaması avtomobil ticarətinə də mənfi təsir göstərir.

Cəmiyyətin baş icraçı direktoru Mayk Haves qeyd edib ki, Britaniya hökuməti “Brexit” ilə bağlı planlarını mümkün qədər tez bir vaxtda açıqlamalıdır. Bundan başqa, Britaniyada 2040-cı ildən yanacaqla işləyən avtomobillərin satışına qadağa qoyulması qərarı da indidən avtomobil satışlarına mənfi təsir göstərib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.