DÜNYA
“Brexit”: Çexiya hökuməti Aİ-nin ofislərini Londondan öz ölkəsinə cəlb etmək istəyir
Praqa, 15 iyul, AZƏRTAC
Böyük Britaniyanın Aİ-dən çıxması Çexiya hökumətinə qərargahı Londonda yerləşən Avropa İttifaqı transmilli korporasiya və agentliklərinin ofislərini öz ölkəsinə gətirmək imkanı yaradır. Bu barədə Çexiyanın Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Tomaş Prauza hökumətin “Brexit” məsələlərinə dair işçi qrupu ilə keçirdiyi ilk görüşdən sonra jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra təşkilatın ofisləri, məsələn, Avropa Bank İdarəçiliyi və Avropa Tibb Agentliyinin qərargahları Londondan köçürüləcək. Çexiya Sənaye və Ticarət Nazirliyinə “CzechInvest” agentliyi ilə birlikdə Çexiyada fəaliyyət göstərməyə marağı olan müəssisə və firmaların siyahısını tərtib etmək tapşırığı verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]