DÜNYA


“Brexit” danışıqları iyun ayı ərzində başlayacaq

Bakı, 19 aprel, AZƏRTAC

Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Shinas Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına (Brexit) dair danışıqların iyun ayı ərzində başlayacağını bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Marqaritis Shinasın sözlərinə görə, aprelin 18-də Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Böyük Britaniyanın Baş naziri Tereza Mey telefon danışığı zamanı iyunun 8-də Britaniyada keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra danışıqlara başlamaq barədə razılığa gəliblər.

Xatırladaq ki, Baş nazirin növbədənkənar seçkilər barədə qərarı müxalifət partiyalarının Brexit prosesinə mane olmasının qarşısını almaq məqsədi daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.