DÜNYA
“Brexit” haqda mini serialın çəkilişlərinə hazırlıq gedir
Bakı, 17 avqust, AZƏRTAC
Hollivud studiyası 60 milyon funt sterlinq (təxminən 77 milyon ABŞ dolları) dəyərində müqaviləni imzalamağa hazırdır.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu filmdə Böyük Britaniyanın Avropa İttifaqının üzvlüyündən çıxması barədə kampaniyalarda Britaniya Azadlıq Partiyasının (UKIP) keçmiş lideri Naycel Farajın rolundan bəhs edilir. Mini serial altı epizoddan ibarətdir.
Layihədə iştirak barədə tanınmış aktyorlarla artıq danışıqlar gedir. Bunlardan biri “Şerlok” serialının ulduzu Benedikt Kamberbetç, digəri isə iki “Oskar” almış Kevin Speysidir.
Serialın yaradıcıları, həmçinin rollardan birinin məşhur Amerika aktyoru Denni De Vitonun oynayacağına ümid edirlər.
Filmin ssenarisi UKIP-in keçmiş sponsoru olan Arron Benksin sonralar “The Bad Boys of Brexit” adlı kitab şəklində buraxılmış gündəliyindən götürülüb.
Mənbədən bildirilir ki, aktyorların seçimi payızda, çəkilişlər isə gələn ilin əvvəlinə nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]