DÜNYA


“Brexit” səbəbindən Avropa İttifaqının şirkətləri  hər il 8 milyard funt-sterlinq itirəcək

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

“Brexit”in sərt ssenariləri səbəbindən Avropa İttifaqının (Aİ) şirkətləri hər il 8 milyard funt-sterlinq (9,7 milyard dollar) itirəcək.

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, Aİ şirkətləri üçün gömrük rüsumları təxminən 13 milyard funt-sterlinq (15,9 milyard dollar), Böyük Britaniya şirkətləri üçün 5,2 milyard funt- sterlinq (6,4 milyard dollar) artacaq.

Birləşmiş Krallığın nəqliyyat naziri Kristofer Qreylinq qeyd edib ki, onun ölkəsi Avropa üçün mühüm ixrac bazarıdır. Böyük Britaniya ilə ticarət aparmaq imkanları itkisindən heç kim qalib çıxmayacaq. Nazir, həmçinin diqqətə çatdırıb ki, tərəflər rüsumsuz ticarət rejimini və səmərəli ticarət münasibətlərini qoruyub saxlayacaq. Çünki bu, ümumi maraqlara cavab verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.