İDMAN
Breyn-rinq oyunu üzrə yığma komandamız Azərbaycan Respublikası Prezidenti Kubokunun qalibidir
Bakı, 30 mart, AZƏRTAC
Breyn-rinq intellektual oyunu üzrə yığma komandamız Azərbaycan Respublikası Prezidenti Kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, yarışın finalında Belarus komandası ilə qarşılaşan Azərbaycan yığması gərgin mübarizədə qalib gələrək kubok və qızıl medalları qazanıb.
Azərbaycan yığma komandasının heyətində Əziz Mürşüdlü, Günel Babayeva, Rüfət Abdulla, Zaur Ağayev, Cahangir Fərəcullayev və kapitan Tahir Musayev çıxış ediblər.
Breyn-rinq oyunu üzrə Azərbaycan Respublikası Prezidenti Kuboku turnirinin oyunlarını Andrey Kozlov aparıb.
Yarışın tərəfdaşları Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirlikləri olub.
Turnirdə 12 komanda - Azərbaycan millisi, Bakı yığması, ABŞ, Almaniya, Belarus, Estoniya, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, Türkmənistan və Ukrayna təmsilçiləri yarışıblar.