DÜNYA
Brisbendə içərisində Avstraliyanın Baş nazirinin də olduğu binanın tavanı uçub
Tokio, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Brisbendə içərisində Baş nazir Malkolm Ternbullun müşavirə keçirdiyi binanın 36-cı mərtəbəsinin tavanı uçub. Nəticədə Avstraliya parlamentinin üç qadın əməkdaşı xəsarət alıb. Bu barədə “Brisbane Times” qəzeti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, tibb işçiləri zərərçəkənlərdən birinə hadisə yerində yardım göstərib, digər iki xanım isə xəstəxanaya yerləşdirilib.
Kvinslend ştatı polisinin nümayəndəsi Deniel Breqq bildirib ki, tavan binanın hollunda uçub və bu, o qədər də geniş ərazini əhatə etməyib. Onun sözlərinə görə, həqiqətən də hadisə zamanı Baş nazir qonşu zalda olub. Hadisə nəticəsində o və digər müşavirə iştirakçıları xəsarət almayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]
“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
- 25.04.2024 [11:26]
Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək
- 25.04.2024 [11:04]