DÜNYA


Britaniya 2020-ci ilə qədərki büdcə profiti hədəfini dəyişir

London, 2 iyul, AZƏRTAC 

“Brexit”dən sonra Britaniyanın 2020-ci ilə qədərki büdcə profiti hədəfi dəyişəcəkdir.

Bu haqda Britaniyanın maliyyə naziri Corc Ozborn açıqlama verib.

Nazirin sözlərinə görə, bu vəziyyətdə məsələyə realistik yanaşmaqda fayda var. “Brexit”dən sonra Birləşmiş Krallıq iqtisadiyyatı şok vəziyyətindədir və on illiyin sonuna qədər olan hədəflərə çatmaq mümkünsüz görünür. Bu iqtisadi çətinliyə necə cavab verilməsi iqtisadi böyümə və məşğulluğa təsir edəcək. Belə vəziyyətdə maliyyə etibarlılığının təmin edilməsi, qoyulan hədəflərə çatmaqdan daha vacibdir.

 

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.