DÜNYA
Britaniya-Aİ azad hərəkət zonasından istifadə müddəti 2019-cu ilin martında başa çatır
London, 28 iyul, AZƏRTAC
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında azad hərəkət zonasından istifadə hüququ 2019-cu ilin martında başa çatır.
Birləşmiş Krallığının miqrasiya naziri Brandon Levis qeyd edib ki, azad hərəkət zonasından istifadəyə dair müddət başa çatdıqdan sonra yeni miqrasiya qanunu qüvvəyə minəcək.
Britaniyanın daxili işlər naziri Amber Rud jurnalistlərə müsahibəsində bildirib ki, Birləşmiş Krallıq bütün dünyadan ən yaxşı immiqrantları cəlb etməyə çalışacaq. Biznes sahibləri, firmalar, universitetlər və s. iş strukturları üçün “Brexit”dən sonra Aİ ilə immiqrasiya sahəsində əməkdaşlığın necə olacağı çox vacibdir. Bununla bağlı hələlik dəqiq məlumat yoxdur. 2018-ci ildə parlamentdə miqrasiya ilə bağlı qanun layihəsinin qəbul edilməsi gözlənilir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London