DÜNYA


Britaniya Baş naziri BMT sammitində miqrant böhranına yeni yanaşma təklif edib

A+ A

London, 19 sentyabr, AZƏRTAC 

Britaniyanın Baş naziri Tereza Mey BMT-nin sammitində dünyadakı miqrant böhranı ilə bağlı yeni yanaşma təklif edib.

Qərbin miqrant yanaşmasını tənqid edən Baş nazir qaçqın və məcburi köçkünlər ilə iqtisadi səbəblərdən başqa ölkəyə gedənlərin bir olmadığını bildirib. O, miqrant böhranının qarşısını almaq üçün tədbirlər görməkdənsə, problemin kökünü axtarmağın daha vacib olduğunu diqqətə çatdırıb.

BMT-nin açıqlamasına görə 2015-ci ilin sonunda 65 milyondan artıq insan dünyadakı münaqişələr səbəbindən qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.