DÜNYA
Britaniya: Güclü qasırğa on yeddi minədək evi işıqsız qoyub VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Böyük Britaniyanın şimal-qərb rayonları güclü siklonun təsirinə məruz qalıb. Şotlandiyada on yeddi minə qədər evə elektrik enerjisi verilmir. Buna sürəti saatda 100-130 kilometrə çatan güclü külək səbəb olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bir çox qraflıqlarla avtomobil və dəmir yol əlaqəsi kəsilib, bəzi magistrallar və körpülər bağlanılıb. Təhlükəsizlik tədbirləri ilə bağlı Şotlandiyadan Şimali İrlandiyaya gedən bərələrin hərəkəti dayandırılıb.
Meteoroloji xidmət təbiətin gələcək şıltaqlığı barədə xəbərdarlıq yayıb və əhaliyə evdən çıxmazdan əvvəl hava məlumatı ilə tanış olmağı tövsiyə edib. Şotlandiya və şimali İngiltərənin fövqəladə xidmət orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, keçən il Yeni il bayramı ərəfəsində də Dumanlı Albionun on minlərlə sakini elektrik enerjisiz qalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]