İQTİSADİYYAT
Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Bakı, 14 dekabr, Elvin Camalov, AZƏRTAC
Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Əməkdaşlıq Memorandumu dekabrın 14-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master klass çərçivəsində imzalanıb.
“İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumu Britaniya Standartlar İnstitutu ilə akkreditasiya olunmuş “TexnoSert” və “AzSert” sertifikatlaşdırma orqanları arasında imzalanıb.