DÜNYA


Britaniya hərbçiləri mayın 30-dək küçələrdə keşik çəkəcək

Bakı, 27 may, AZƏRTAC

“Temperer” xüsusi əməliyyatı çərçivəsində hökumət binalarını və əsas tarixi abidələri qorumaq üçün polisin köməyinə göndərilmiş Böyük Britaniya silahlı qüvvələrinin əsgər və zabitləri mayın 30-u gecə yarısına qədər bu funksiyaları yerinə yetirəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Tereza Mey bildirib.

“Bank tətilləri ilə əlaqədar zəngin keçəcək həftə sonunda bir çox idman tədbirləri baş tutacaq. İnsanlarda maksimum əminlik yaratmaq üçün təhlükəsizliyin təmin olunmasının detallı planı həyata keçirilir. “Temperer” əməliyyatı bank tətilləri bitənə qədər davam edəcək”, - deyə Britaniya hökumətinin başçısı “Downing Street”dəki iqamətgahda keçirilən fövqəladə hökumət komitəsinin iclasından sonra bildirib.

Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının xaricində - foyedə işə salınıb. Hadisə nəticəsində çox sayda insan həlak olub və yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.