İQTİSADİYYAT
Britaniya hökumətinin rəsmi saytında bu ölkənin nümayəndə heyətinin Azərbaycana səfəri barədə məlumat yerləşdirilib
Məlumatda deyilir ki, oktyabrın 2-dək davam edəcək səfər qarşılıqlı təcrübə və bilik mübadiləsi məqsədi daşıyır. Nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdən, o cümlədən təhsil, telekommunikasiya, mühəndislik, idarəetmə və s. sahələrdən ekspertlər vardır. Onlar Azərbaycanda bir sıra görüşlər keçirəcək, ölkələrimiz arasında biznes potensialının yüksəldilməsi istiqamətində müzakirələr aparacaqlar.
Yazıda, həmçinin Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqinsin fikirlərinə istinadla Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzunmüddətli biznes və iqtisadi əməkdaşlığın mövcud olduğu qeyd edilir. Bildirilir ki, Birləşmiş Krallıq Azərbaycanda fəaliyyət göstərən 300-dən çox şirkəti ilə ölkəyə sərmayə yatıran ən böyük xarici investordur.
Məlumatı aşağıdakı linkdən oxumaq mümkündür: https://www.gov.uk/government/world-location-news/azerbaijan-british-business-come-to-azerbaijan
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London