DÜNYA


Britaniya iqtisadiyyatı “Brexit”dən sonra 0,5 faiz artıb

A+ A

London, 27 oktyabr, AZƏRTAC

Britaniya iqtisadiyyatı bu ilin 3-cü rübündə “Brexit”ə baxmayaraq gözləniləndən daha çox artıb. Milli Statistika Komitəsindən verilən məlumatda Britaniya iqtisadiyyatında bu ilin iyul-sentyabr aylarında artımın 0,5 faiz olduğu bildirilib. “Brexit”dən sonra bu artımın 0,3 faiz olacağı proqnozlaşdırılırdı.

İqtisadi artımda ən çox göstərici 0,8 faizlə xidmət sektorunun payına düşüb.

Maliyyə naziri Fillip Hammond Britaniya iqtisadiyyatının əsaslarının güclü olduğunu və statistikanın bunu bir daha təsdiqlədiyini bildirib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.