DÜNYA


Britaniya iqtisadiyyatı üçün “Brexit” riski artıq aradan qaldırılıb

London, 12 yanvar, AZƏRTAC 

Britaniya iqtisadiyyatı üçün “Brexit” riski artıq aradan qaldırılıb.

İngiltərə Bankının rəhbəri Mark Karney bu fikirləri parlamentdə səsləndirib.

Onun sözlərinə görə, İngiltərə Bankının referendumdan qabaqkı və sonrakı gərgin fəaliyyəti nəticəsində “Brexit”in ölkənin maliyyə sabitliyinə gətirəcəyi böyük risklər artıq aradan qaldırılıb. Lakin ümumilikdə Avropa qitəsi üçün risklər davam edir. “Brexit” prosesi Birləşmiş Krallıqdan daha çox Avropa İttifaqına mənfi təsir göstərəcək. Britaniya üçün vacib olan isə Aİ-nin maliyyə bazarlarına sabit çıxış əldə etməkdir. Bu, ölkə iqtisadiyyatı üçün vacib şərtlərdəndir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.