DÜNYA
Britaniya müğənnisi Sami Yusif BMT-nin Dünya Ərzaq Proqramının aclıq əleyhinə mübarizə üzrə səfiri təyin olunub
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, uzun illərdir DƏP-in fəaliyyətini dəstəkləyən Sami Yusif albomlarının satışından əldə olunan gəlirlərdən ehtiyacı olanlara ərzaq yardımı göstərilməsi üzrə əməliyyatlara vəsait ayırıb. DƏP əməkdaşları ilə bərabər Misirdə və İordaniyada olub Sami Yusif bu ölkələrdə suriyalı qaçqınlara humanitar yardımın göstərilməsini müşahidə edib.
Müğənninin sözlərinə görə, XXI əsrdə - kütləvi istehsal və istehlak ilə fərqlənən bir cəmiyyətdə aclığın olması faciəli paradoksdur. O, belə bir məsələni də vurğulayıb ki, DƏP ilə əməkdaşlıq onun üçün əsl imtiyazdır.
Təbrizdə İran azərbaycanlılarının ailəsində dünyaya gələn, üç yaşında valideynləri ilə birlikdə Böyük Britaniyaya köçən Sami Yusif İslam dini mövzusunda mahnıların ifası ilə məşhurdur.