DÜNYA


Britaniya üçün “Brexit”dən sonra azad ticarətin davam etməsi vacibdir

London, 22 dekabr, AZƏRTAC 

Britaniyanın biznes təşkilatı CBI “Brexit”dən sonra da Birləşmiş Krallıq şirkətlərinin Avropa İttifaqı marketlərində azad ticarət etməsinin vacib olduğunu açıqlayıb.

Qeyd edilib ki, Britaniya şirkətləri gömrük tariflərindən azad edilməlidir. Təşkilatdan verilən açıqlamada diqqətə çatdırılıb ki, şirkətlərin ixtisaslı kadrlar sahəsindəki tələblərinin ödənilməsi üçün miqrasiya sahəsində də tolerantlıq olmalıdır.

Britaniya hökuməti “Brexit”dən sonra da Avropa İttifaqı marketlərinə azad girişin təmin edilməsinə çalışır.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.