DÜNYA


Britaniyada 40 tibbi müəssisə xakerlərin hücumuna məruz qalıb

Bakı, 13 may, AZƏRTAC

Böyük Britaniyada 40 tibbi müəssisə xakerlərin hücumuna məruz qalıb. Nəticədə həmin müəssisələrin fəaliyyəti pozulub. Vəziyyətə Baş nazir Tereza Mey nəzarət edir.

Xakerlər İngiltərədə və Şotlandiyada 40 xəstəxananın kompüterlərinə daxil olublar. Britaniyanın Milli Səhiyyə Xidməti vəziyyətin ciddi olduğunu bəyan edib.

Hadisə ilə əlaqədar çoxlu əməliyyatlar təxirə salınıb, təcili tibbi yardım maşınları kompüter sistemləri işləyən xəstəxanalara göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.