DÜNYA
Britaniyada Van Qoq və Obama ilə “selfi” sərgisi
Bakı, 24 yanvar, AZƏRTAC
Böyük Britaniyada aralarında Vinsent Van Qoq və Barak Obama kimi məşhur simaların avtoportretləri olan “Selfi” sərgisi açılacaq.
AZƏRTAC theguardian.com saytına istinadla xəbər verir ki, sərginin bu ilin martında Londonun “Saatçi” qalereyasında açılması nəzərdə tutulub.
Tədbirin təşkilatçısı Naycel Herstin bildirdiyinə görə, sərgidə selfinin tam tarixi analizi və yaradıcı potensialı nümayiş etdiriləcək.
Sərgi iştirakçıları Rembrandt və Velaskes kimi məşhur rəssamların avtoportretləri ilə yanaşı, Treysi Emin, Kutluq Ataman və Cun Kalipso kimi müasir fotoqrafların əl işləri ilə də tanış ola biləcəklər. Müasir Şerlok Holms həvəskarları isə britaniyalı aktyor Benedikt Komberbetçin 2014-cü ilin “Oskar” mükafatının təqdimat mərasimində çəkdiyi şəkli də sərgidə görə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]