DÜNYA


Britaniyada elektrik enerjisinin qiyməti qalxacaq

London, 3 avqust, AZƏRTAC 

Britaniyanın ən böyük enerji şirkəti “British Gas” sentyabr ayının 15-dən elektrik enerjisinin qiymətini 12,5 faiz qaldıracağını açıqlayıb.

Qiymət artımının 3,1 milyon insana təsir edəcəyi gözlənilir. “British Gas” Birləşmiş Krallıqda ən böyük enerji şirkəti hesab edilir və təxminən 20 milyon evi elektrik enerjisi və qaz ilə təmin edir.

“British Gas”ın daxil olduğu “Centrica” kommunal şirkətinin baş icraçı direktoru Lain Conn bunun 2013-dən bəri ilk qiymət artımı olduğunu deyib. Artımın elektrik enerjisinin paylanması və ötürülməsi xərclərinin artırılması ilə əlaqədar olduğu bildirilib. Qeyd edilib ki, hazırda “British Gas” zərərlə işləyir və bu şəkildə uzun müddət davam gətirə bilməz. Şirkət rəhbəri aztəminatlı ailələrə güzəştlərin də olacağını diqqətə çatdırıb.

Elektrik enerjisindən fərqli olaraq, qazın qiyməti dəyişməz qalacaq.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.