DÜNYA


Britaniyada evsiz uşaqların sayı artıb

London, 22 iyul, AZƏRTAC 

Britaniyada müvəqqəti yaşayış mənzillərində məskunlaşan uşaqların sayı artıb.

Rəsmi hesablamalara əsasən, ötən illə müqayisədə bu il ölkədə evsiz uşaqların sayı 3 dəfə çoxalıb. Məlumata əsasən, yerli icra komitələri hazırda 120 min 540 uşağı və onların ailələrini müvəqqəti mənzillərlə təmin edir.

Birləşmiş Krallıqda yerli icra orqanlarının assosiasiyasından bildirilib ki, bu rəqəmlər ciddi narahatlıq doğurur. İcra orqanları daha əlverişli şərtlərlə evlər tikməli və evsiz insanlara dəstək olmalıdır.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.