DÜNYA


Britaniyada inflyasiyanın səviyyəsi son 4 ildə ən pik nöqtəyə çatıb

London, 16 may, AZƏRTAC 

Britaniyada inflyasiyanın səviyyəsi 2013-cü ildən bəri ən pik nöqtəyə çatıb.

Rəsmi rəqəmlərə əsasən, hazırda ölkədə inflyasiyanın səviyyəsi 2,7 faizlə səciyyələnir. Bu rəqəm mart ayında 2,3 faiz təşkil edirdi. Birləşmiş Krallığın Mərkəzi Bankının isə bu il üçün hədəfi 2 faizi ötməmək idi.

İnflyasiyaya səbəb kimi istehlak qiymətlərinin sürətlə artması göstərilir. Buna baxmayaraq, yanacağın qiymətlərindəki ucuzlaşma inflyasiyanı idarə edilə biləcək səviyyədə saxlamağa imkan verir.

Mərkəzi Bankdan verilən açıqlamada 2017-ci ilin inflyasiya baxımından çətin keçəcəyi bildirilib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.