DÜNYA
Britaniyada növbədənkənar parlament seçkiləri başa çatıb
London, 9 iyun, AZƏRTAC
Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.
“Exit poll”un nəticələri BBC, ITV və SKY TV-də canlı yayımlanacaq.
Səslərin sayılması bütün gecə boyu aparılacaq, yekun nəticələr isə bu gün səhər saatlarında məlum olacaq.
Seçkilərin nəticəsindən asılı olaraq 650 deputatdan ibarət İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək. 3304 namizədin mübarizə apardığı seçkidə təkbaşına hökumət qurmaq istəyən partiya 326 deputat yeri əldə etməlidir.
Qeyd edək ki, seçicilər ölkə üzrə 40 min seçki məntəqəsində səs veriblər. Britaniyada səsvermə hüququ olan 46,4 milyon seçici var.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]