DÜNYA


Britaniyada qiymətlər sürətlə qalxır

A+ A

London, 13 oktyabr, AZƏRTAC 

“Brexit”dən sonra Birləşmiş Krallıq iqtisadiyyatının qeyri-müəyyən bir dövrə girməsi ölkədə satış qiymətlərinə də təsir göstərib.

Britaniya Pərakəndə Satış Konsorsiumundan verilən məlumata görə, “Brexit”dən sonra Dünya Ticarət Təşkilatının qaydalarına keçid tarifləri 16 faizdən 27 faizədək yüksələcək. Britaniyanın biznes təşkilatı CBI-dan da eyni açıqlama verilib.

Yüksək qiymətlərə baxmayaraq, bəzi məhsullar Avropa İttifaqı ixrac kvotasına məruz qaldığı üçün digər ölkələrdə daha ucuz olacaq.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.