DÜNYA


Britaniyada vergi fırıldağı ilə mübarizə səmərəli nəticə verib

Bakı, 19 iyul, AZƏRTAC

Britaniyanın Vergi və Gömrük Yığımları İdarəsi (HMRC) bəyan edib ki, vergidən yayınma hallarına və digər vergi fırıldaqçılığı əməllərinə qarşı görülən tədbirlər nəticəsində son maliyyə ilində dövlət büdcəsinə 29 milyard funt-sterlinqdən artıq vəsait daxil olub.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, fiskal orqanın illik hesabatına əsasən maliyyə ili ərzində ölkə büdcəsinə 574,9 milyard funt-sterlinq vergi daxilolmaları qeydə alınıb, bu da əvvəlki illə müqayisədə 38,1 milyard funt-sterlinq çoxdur. Bununla da HMRC artıq 7 ildir ki, vergi yığımında öz rekordunu təzələyir.

Son 6 ildə qurum vergi fırıldağı ilə məşğul olan 500-dən artıq təşkilatlanmış dəstəni məhkəmə məsuliyyətinə cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.