İDMAN
Britaniyalı 1904-cü ildən sonra ilk dəfə keçirilən qolf üzrə Olimpiya turnirinin qalibi olub
Bakı, 15 avqust, AZƏRTAC
Britaniyalı Castin Rouz 1904-cü ildən sonra ilk dəfə keçirilən qolf üzrə Olimpiya yarışlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, isveçli Henrik Stenson gümüş medal, ABŞ təmsilçisi Met Kuçar bürünc medal qazanıblar.
C.Rouz turniri mənfi 16 xal, onun əsas rəqibləri müvafiq olaraq mənfi 14 və mənfi 13 xalla bitiriblər.
Qolf bir əsrdən çox fasilədən sonra ilk dəfə Rio-de-Janeyro Olimpiadasının proqramına daxil edilib. İdmanın bu növü sonuncu dəfə ABŞ-ın Sent-Luis şəhərində keçirilən Oyunların proqramında yer almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]