CƏMİYYƏT


Britaniyalı alimlər sübut ediblər ki, beyin amputasiya edilmiş əlləri onilliklər boyu “xatırlayır”

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Oksford Universitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, insan beyni amputasiya edilmiş əl və barmaqların müfəssəl təsvirini onilliklər boyu qoruyub saxlayır. Mütəxəssislər əmindirlər ki, bu kəşf gələcək nəsil protezlərinin hazırlanmasına kömək edəcək.

AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “eLife” jurnalında dərc edilib. Tədqiqatçılar kompyuterli tomoqrafiya vasitəsilə iki pasiyentin beyin fəallığını tədqiq ediblər. Eksperiment iştirakçılarından biri 25 il əvvəl, digəri isə 30 ildən artıq əlləri amputasiya edilmiş insanlar olub. Alimlərin sözlərinə görə, onların hər ikisində güclü fantom hisslər olub. Nəzarət qrupuna hər iki əli olan 11 solaxay daxil edilib. Tədqiqat zamanı iştirakçılar sol əlin hər barmağını ayrılıqda tərpətməli idilər.

Tədqiqatın müəllifi Tamar Makin yazır: “Biz aşkar etdik ki, əlləri amputasiya olunmuş insanlarda sol əllə bağlı beyin fəallığı azalıb. Bununla belə müəyyən əl formasına uyğun bəzi cizgilər nəzarət qrupundakı insanların müvafiq cizgiləri ilə üst-üstə düşüb”.

Alimlərin fikrincə, tədqiqatın nəticələrini çoxfunksiyalı protezlərin hazırlanması prosesinə tətbiq etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.