ELM VƏ TƏHSİL
Britaniyalı rejissor tələbələrlə təcrübəsini bölüşüb
Bakı, 28 aprel, AZƏRTAC
Britaniyalı rejissor Paul Fraser “British Council Azərbaycan” və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə III “British Film Spring” festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ustad dərsi keçib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, Paul Fraser tələbələrlə bilik və təcrübələrini bölüşüb, peşəkar bacarıqlarının gücləndirilməsi, onlar üçün yeni olan iş üsullarının öyrənilməsi yollarından danışıb, yaradıcılığı barədə məlumat verib.
Universitetin “SABAH” qrupunun, kino və televiziya fakültəsinin tələbələri rejissorun müəllifi olduğu qısametrajlı filmlərə baxıb, müzakirələr aparıblar.
Paul Fraser karyerasına ssenarist kimi başlasa da, fəaliyyətini rejissorluq ixtisası üzrə davam etdirir. Yüzə yaxın reklam və doqquz bədii filmin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:42]
Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib
- 24.04.2024 [12:51]
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
- 24.04.2024 [12:34]
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
- 24.04.2024 [12:22]
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
- 24.04.2024 [12:14]
BANM-də beynəlxalq elmi konfransların açılışı olub
- 24.04.2024 [12:10]