DÜNYA


Britaniyalı veteran dünyanın ən yaşlı paraşütçüsü olub

Bakı, 15 may, AZƏRTAC

İkinci Dünya müharibəsinin veteranı britaniyalı Bryson William Verdun Hayes 101 yaş və 38-ci günündə paraşütlə tullanaraq dünyanın ən yaşlı paraşütçüsü olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, o, mayın 14-də Devon qraflığında yerləşən aviabazada 15 min fut (4,5 kilometr) hündürlükdən paraşütlə tullanıb.

Dünyanın ən yaşlı paraşütçüsü olmaq arzusunun onda 90 yaşından yarandığını bildirən veteran ilk cəhdini 100 yaşında etsə də, rekordçu ola bilməyib. Belə ki, əvvəlki rekordun sahibi kanadalı Armand Gendreau bunu 101 yaş və 3-cü günündə həyata keçirmişdi.

İkinci Dünya müharibəsi zamanı rabitəçi və radist kimi xidmət göstərən Hayes Böyük Britaniyanın rabitə qoşunlarının tərkibində 1944-cü ilin iyununda Normandiya əməliyyatında iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.