DÜNYA
Britaniyalılar Keyt və Uilyamın uşaqlarının bu bazar olacağına daha çox mərc gedişi edirlər
Bakı, 25 aprel, AZƏRTAC
Bukmeykerlər hersoginya Keytin ikinci uşağını ya şənbə, ya da bazar günü dünyaya gətirəcəyindən əmindirlər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Böyük Britaniya vətəndaşları hersoginya Keytin ikinci uşağının yaxın iki gün ərzində doğulacağını hesab edirlər. Hər məsələ barədə totalizatorlarda mərc gedişi edən britaniyalılar məhz bu variantlara daha çox pul qoyublar.
Bir qədər əvvəl Keytin özü körpəsinin aprelin ikinci yarısında anadan olacağını gözlədiyini demişdi. Doğulduğu tarixdən başqa, britaniyalılar, həmçinin uşağın cinsinə və onun adına da gediş edirlər. Son zamanlar Britaniya vətəndaşları arasında körpənin qız olacağı və ona Elis adı veriləcəyinə əminlik artır.
Bundan başqa, bukmeykerlər uşağın saçının rənginə, anadan olan zaman çəkisinə, hətta onun doğum evindən valideynlərinin hansının qucağında çıxacağına və həmin zaman anasının əynində nə rəng paltar olacağına da mərclər qəbul edirlər.