DÜNYA


Britaniyalıların cəmi 4 faizi vergilərin azaldılmasına tərəfdardır

Bakı, 5 iyul, AZƏRTAC 

Böyük Britaniyada keçirilmiş son sosioloji sorğunun nəticələrinə əsasən, ölkənin hər yüz sakinindən cəmi dördü vergilərin və müxtəlif dövlət yığımlarının azaldılmasını istəyir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, respondentlərin 48 faizinin fikrincə, hökumət səhiyyənin, təhsilin və sosial təminatın maliyyələşdirilməsini yaxşılaşdırmaq üçün vergiləri artırmalıdır. Rəyi soruşulanların 44 faizi isə hesab edir ki, heç nəyi dəyişdirməyə ehtiyac yoxdur.

Bütün bunlar onu göstərir ki, Böyük Britaniya əhalisinin böyük əksəriyyəti 2004-cü ildən bəri ölkədə vergilərin artırılması məsələsində hökumətin mövqeyini dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.