İQTİSADİYYAT
Britaniyanın “Atkins” mühəndislik şirkəti Bakı ofisini açır
London, 9 dekabr, AZƏRTAC
Britaniyanın məşhur mühəndislik şirkəti, dünya nəhənglərindən sayılan “Atkins” Bakıda yeni ofisini açır.
Ofis regionda - Azərbaycan, Türkiyə və Gürcüstanda neft və qaz operatorlarının işini dəstəkləməyi planlaşdırır. Xəzər dənizində və ətrafında olan aktivlər xüsusi diqqət mərkəzində olacaq.
Şirkətin əsas məqsədi regiondakı müştərilərin daha da yaxından dəstəklənməsidir.
“Atkins”in Bakı meneceri Ceyms Told açıqlamasında Bakının Şərqlə Qərbin astanasında strateji mövqedə olduğunu və gələcəkdə şirkətin fəaliyyətinin Mərkəzi Asiyaya qədər genişləndirilməsində aparıcı rol oynayacağını bildirib. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatında neft və qazdan asılılığını azaltmağı planlaşdıran ölkədir və bizim də qarşıdakı 5 və 10 illik məqsədimiz bu hədəfə nail olmaq üçün ona köməklik göstərməkdir.
Bu barədə Britaniya mətbuatında da məlumatlar öz əksini tapıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]