DÜNYA


Britaniyanın Baş naziri və Şotlandiyanın birinci naziri parlament seçkilərində səs veriblər

London, 8 iyun, AZƏRTAC

Londonda növbədənkənar parlament seçkiləri keçirilir. Britaniyanın Baş naziri Tereza Mey yoldaşı Filip Mey ilə birlikdə Britaniyanın Berkşire bölgəsində səs verib.

Şotlandiyanın birinci naziri Nikola Sturgeon isə Qlazqov şəhərində səsvermədə iştirak edib.

Seçki nəticələri bu gün gecə boyunca açıqlanacaq. London vaxti ilə saat 21:55-dən etibarən BBC telekanalında canlı yayımlanacaq.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.