İQTİSADİYYAT


Britaniyanın “Independent” qəzeti Bakıya turist kimi gəlməyin üstünlüklərindən bəhs edir

London, 28 iyul, AZƏRTAC 

Britaniyanın nüfuzlu “The Independent” qəzeti Bakıya turist kimi gəlməyin üstünlüklərindən bəhs edir.

Sintiya Dreşerin müəllifi olduğu məqalədə Azərbaycana turist kimi gəlmək istəyənlər üçün viza sisteminin sadələşdirildiyi qeyd edilir. Bildirilir ki, “Asan e-visa” sistemi ilə artıq onlayn olaraq qısa müddətdə ölkəmizə viza əldə etmək mümkündür.

Daha sonra Bakının coğrafi mövqeyindən bəhs edən müəllif şəhərin Xəzərin sahilində, yarımadada yerləşdirildiyi bildirir. Dənizboyu uzanan milli park, sərin Bakı küləyi yay vaxtı istirahəti gözəlləşdirən amillər kimi qeyd olunur.

Daha sonra məqalədə Bakı şəhərinin görməli yerləri haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, İçərişəhər, Dövlət Bayraq meydanı, Alov qüllələri, və s. kimi yerlərin turist olaraq görülməsinin vacib olduğu bildirilir.

Müəllif məqaləsində, həmçinin Azərbaycanın milli yeməklərinin, çayının dadına baxılmasını məsləhət görür. Bundan başqa, Bakı şəhərində turist kimi gəzərkən müasir dizaynda təmir edilmiş Bakı metropolitenindən istifadə etməyi və hədiyyə olaraq dünyada məşhur Azərbaycan xalçalarına üstünlük verilməsini tövsiyə edir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.