DÜNYA


Britaniyanın Kral Zərbxanası ilk dəfə bazara platin külçələr buraxır

Bakı, 18 may, AZƏRTAC

Böyük Britaniyanın Kral Zərbxanası ilk dəfə bazara platin investisiya məhsulları buraxır. Bu məhsullar bu il ərzində istehsal ediləcək pul və külçələr olacaq.

AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, əvvəlcə 500 qramlıq və 1 kiloqramlıq platindən külçənin, daha sonra isə 100 qramlıq külçənin buraxılması planlaşdırılır. Bundan başqa, 1 unsiya çəkisi olan və Böyük Britaniya şiri həkk edilmiş pul buraxılacaq. Sözügedən pulun böyük seriya ilə istehsalı gözlənilir.

Zərbxana bəyan edib ki, yeni məhsulları investorlar tərəfindən platinə tələbatın stimullaşdırılması, dünya üzrə investisiya imkanlarının müxtəlifliyinin və sayının artırılması, həmçinin təklif olunan xidmətlərin çeşidinin genişləndirilməsi üçün buraxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.