DÜNYA


Britaniyanın “Şerlok” serialının qəhrəmanlarının təsviri olan xatirə sikkələri buraxılıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Yeni Zelandiya sikkəxanasında Britaniyanın "Şerlok" serialının qəhrəmanlarının təsviri olan xatirə sikkələri buraxılıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, sikkə dəstinə cəmi iki dollar nominalında olan iki gümüş sikkə daxildir. Yeni Zelandiya sikkəxanasının saytında bildirilir ki, sikkələrdə aktyor Benedikt Кamberbetçin və Martin Frimanin təsviri həkk olunub. Hər iki sikkənin üz tərəfindən London və hər bir serial qəhrəmanlarının açar frazaları, arxa tərəfində isə kraliça II Elizabetanın portreti təsvir edilib.

Sikkənin tirajı 5 min nüsxə təşkil edib. Sikkələrdən xüsusi qablaşdırılmış suvenir dəsti 120 ABŞ dollarına satılır. Xatirə sikkələrinin buraxılışı "Şerlok" serialının dördüncü mövsüm buraxılışına həsr olunub. Yeni epizodlar "BBC One" kanalına 2017-ci ilin əvvəlində çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.