DÜNYA


Britaniyanın Stansted aeroportunda terror törətməkdə şübhəli bilinən şəxs tutulub

London, 24 may, AZƏRTAC

Britaniyanın Stansted hava limanında 37 yaşlı kişi polis tərəfindən tutulub. Polis onun Suriyaya getməyə çalışmasından şübhələnib.

Rəsmi açıqlamaya əsasən, onun Mançester şəhərindəki terror aktı ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Mançester şəhərində törədilmiş partlayışdan sonra Birləşmiş Krallıqda terror təhlükəsi səviyyəsi maksimuma qaldırılıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.