İQTİSADİYYAT


Britaniyanın “Telegraph” qəzeti Azərbaycanın turizm potensialı haqqında yazır

A+ A

London, 1 sentyabr, AZƏRTAC 

Britaniyanın “The Telegraph” qəzetində Azərbaycanın turizm potensialından bəhs edən geniş məqalə dərc olunub.

“Azərbaycan haqqında möhtəşəm faktlar” sərlövhəli məqalədə əvvəlcə ölkəmizin milli mətbəx nümunələri haqqında məlumat verilir. Daha sonra məqalənin müəllifi, məşhur səyyah yazıçı Hazel Pluş ölkəmizin qədim tarixindən bəhs edərək Azərbaycanın dünyada ilk insan məskənlərindən biri olduğunu qeyd edib.

Azərbaycanın səfalı guşəsi Qarabağdan bəhs edən müəllif bu ərazinin hazırda münaqişə zonası olmasına baxmayaraq beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanındığını vurğulayır. Diqqətə çatdırılır ki, Qarabağ atları dünyada xüsusi əhəmiyyətə malik nadir cinslərdəndir. Azərbaycanın milli sərvəti olan bu atlar qədim dövrlərdən uzun təkamül yolu keçərək Qarabağda formalaşıb.

Azərbaycan çayından bəhs edən Hazel Pluş ölkəmizdə insanların çay içməyi xoşladığını və sosial tədbirlərdə çayın özünəməxsus yerinin olduğunu qeyd edir.

Məqalədə Azərbaycan ədəbiyyatından söhbət açan müəllif məsəllərimizin maarifləndirici və dərin mənalara malik olduğunu diqqətə çatdırır.

Neft daşları haqqında məlumat verən H.Pluş buranın əsasının next çıxarılması ilə əlaqədar olaraq 1949-cu ildə qoyulduğunu qeyd edir.

Ölkəmizin təbii sərvətləri barədə yazan müəllif məşhur səyyah Marko Polonun əsərlərində Azərbaycandakı “Yanar Dağ” haqqında məlumat verildiyini bildirir.

Yazıda, həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı haqqında danışılır.

Ölkəmizin memarlıq abidələri və şəhər arxitekturasından bəhs edən müəllif Heydər Əliyev Mərkəzinin dünyada nadir memarlıq incilərindən olduğunu vurğulayır.

Bundan başqa, məqalədə Azərbaycanda mədəniyyətin, xüsusilə xalçaçılığın, musiqinin, incəsənətin inkişafı ilə bağlı fikirlərə də yer verilib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.