DÜNYA


Britaniyanın biznes təmsilçiləri vergi orqanlarının fəaliyyətini təqdir edirlər

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Birləşmiş Krallığın Vergi və Gömrük İşləri İdarəsi (HMRC) yerli biznes dairələri arasında apardığı ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, rəyi soruşulanların 78 faizi idarənin biznesə münasibətdə öz işində ardıcıl olduğunu, 75 faizinin rəyinə görə isə idarə vergi qanunvericiliyinə əməletmə ilə bağlı biznes riskləri barədə düzgün mövqeyə malik olduğunu deyib. Rəyi soruşulanların 78 faizi isə vergi planlaşdırması ilə bağlı onlardakı risk ehtimalının aşağı olduğunu bildiriblər, 37 faizi isə öz risklərini “çox aşağı” kimi qiymətləndiriblər.

Sorğuda iştirak edənlərin 21 faizi vergidən yayınmanı məqbul hesab etdiklərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.