İDMAN


Britaniyanın qızıl cütlüyü “Rio-2016”da tarixi qələbəyə nail olub

A+ A

London, 17 avqust, AZƏRTAC

Britaniyalı atletlər Jason Kenny və onun nişanlısı Laura Trott “Rio-2016” Olimpiadasının velosiped yarışlarında qızıl medal qazanıblar.

Britaniyanın medal sayını 50-ə çatdıran “qızıl cütlük” sentyabrda ailə həyatı quracaq.

Altıncı qızıl medalını qazanan J.Kenny Britaniya rekordçusu Sir Chris Hoy ilə medal sayını bərabərləşdirib.

Trott isə 4 qızıl medalla Britaniyanın ən uğurlu qadın olimpiyadaçısı adına layiq görülüb.

Böyük Britaniya “Rio-2016”da medal cədvəlində ikinci sırada qərarlaşıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.