CƏMİYYƏT


“British Airways”in səhhəti pisləşən sərnişini Bakıda müalicə edilərək vətəninə göndərilib

A+ A

Bakı, 7 noyabr, Elvin Camalov, AZƏRTAC

“British Airways”in səhhəti pisləşən sərnişini Bakıda müalicə edilərək vətəninə göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, ötən həftə “British Airways” aviaşirkətinə məxsus London-Dehli reysi üzrə hərəkət edən “Boeing 777” markalı təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. Təcili enişə səbəb təyyarənin göyərtəsində olan 1953-cü il təvəllüdlü Yunanıstan vətəndaşı Berri Stefen Edrik adlı sərnişinin səhhətinin pisləşməsidir. Berri Edrikə Bakıda zəruri tibbi yardım göstərilib. O, Mərkəzi Gömrük Xəstəxanasında müalicə kursu keçib. Ötən günlərdə onun müalicə kursu uğurla başa çatıb və B.Edrik artıq vətəninə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.