CƏMİYYƏT


“British Council Azərbaycan” və Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlığa dair niyyət məktubu imzalanıb

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

“British Council Azərbaycan” və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlığa dair niyyət məktubu imzalanıb.

Sənədi Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və “British Council Azərbaycan”ın ölkə üzrə direktoru Elizabet Vayt imzalayıblar.

“British Council Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, məqsəd dövlət səviyyəsində imtahan nəticələrinin Dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsinə (DÜAİÇ) uyğunluğunu müəyyən etmək üçün araşdırma aparmaqdır. Eyni zamanda, DÜAİÇ üzrə proqram və tədris qaydalarının qiymətləndirilməsi, tədris və təlim materiallarının hazırlanması və bu istiqamətdə bazanın yaradılmasıdır.

Müqaviləyə əsasən, magistratura pilləsində keçirilən qəbul imtahanlarında ingilis dili komponentinin təkmilləşdirilməsinə, yeni kurikuluma əsaslanan buraxılış imtahanlarındakı ingilis dili komponentlərinin yaradılmasına, Dövlət İmtahan Mərkəzi tərəfindən IELTS imtahanlarının keçirilməsinə, dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanılmasının təkmilləşdirilməsinə dəstək veriləcək. Bundan əlavə, Birləşmiş Krallığın və digər Avropa ölkələrinin uğurlu təcrübələrinə əsaslanaraq Azərbaycanın təhsil sistemində sistematik və keyfiyyətli islahatlar təşviq ediləcək.

“British Council Azərbaycan”ın direktoru Elizabet Vayt əməkdaşlığın əhəmiyyətini qeyd edərək deyib: “İngilis dili üzrə bacarıqların qiymətləndirilməsi üçün islahatlar aparılacaq. İmtahanlar tədris və təhsilin daha yaxşı olmasına təsir göstərə və müsbət nəticələr əldə oluna bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.