MƏDƏNİYYƏT


“Broadway Night Show” konsertinin xüsusi qonağı olacaq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Heydər Əliyev Sarayında “Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Broadway Night Show” konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə tamaşaçılara sevilən “Walt Disney” musiqiləri təqdim olunacaq. Hər yaş dövründən tamaşaçılara maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən “Aslan Kral” (The Lion King), “Cəngəlliklər kitabı” (The Jungle Book), “Gözəl və bədheybət” (Beauty and the Beast), “Ələddin” (Aladdin), “Su Pərisi”(The Little Mermaid), “Mulan” (Mulan), “Pinokkio” (Pinocchio), “Anastasiya” (Anastasia) və s. ən məşhur “Walt Disney” cizgi filmlərindən kompozisiyalar səsləndiriləcək.

“Baku Sinfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Konsertdə, həmçinin “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova və sevilən müğənni Diana Hacıyeva da çıxış edəcək. Əməkdar Artist İsfar Sarabski konsertin xüsusi qonağı olacaq.

Konsertin biletlərini şəhərin mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Konsertin informasiya dəstəyi AZƏRTAC və 1News.az-a məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.