Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz və xalqlarımız arasındakı səmimi dostluq münasibətlərini yüksək qiymətləndirir, bu çox dəyərli əlaqələrin möhkəmləndirilməsi üçün birgə səylərimizin davam edəcəyinə əminəm. Eyni zamanda, Sizi ötən ay Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etməsi münasibətilə təbrik edirəm.

Uca Allah Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq bəxş etsin.

Dərin hörmətlə,

Hacı Həssənal Bolkiah

Bruneyin Sultanı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin