REGİONLAR
Brusellyoz xəstəliyi aşkarlanmış heyvanlar zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanda heyvanlar arasında brusellyoz xəstəliyini aşkarlamaq, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə heyvanlardan qanalma tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, cari ilin üç ayında 542 min 70 baş iribuynuzlu heyvandan, 59 min 896 baş ana qoyundan, 8 min 632 baş qoçdan qan nümunəsi alınaraq baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb. Nəticədə 622 baş iribuynuzlu heyvanın, 157 baş ana qoyunun və qoçun xəstə olduğu aşkar edilib. Həmin heyvanlar təlimata uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb.