DÜNYA


Brüssel polisi özünü partlatmaq istəyən kamikadzeni zərərsizləşdirib

Bakı, 21 iyun, AZƏRTAC

Belçika polisi Brüsselin mərkəzi dəmir yol vağzalında özünü partlatmaq istəyən kamikadzeni zərərsizləşdirib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hazırda vağzalda vəziyyət nəzarət altındadır. Hadisə ilə əlaqədar qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Öldürülən şəxsin üzərində partladıcı kəmər olub. Hadisə yerinə çoxlu sayda polis və hərbçi cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Polis vəziyyətin nəzarət alında olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.