Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Brüssel üç gün ərzində: Flandriyanın inciləri

Bakı, 14 yanvar, AZƏRTAC

Belçika və onun paytaxtı Brüssel mənalı istirahəti sevənlər üçün ideal seçimdir. Şübhəsiz ki, formasına görə molekula bənzəyən bina, Köhnə dünyanın ən əhəmiyyətli görməli yerlərinin cəmləşdiyi park, yaxud Avropada daşlaşmış dinozavr qalıqlarından ibarət ən böyük kolleksiyanın təqdim edildiyi muzey dünyanın ən baxmalı-görməli yerləri ilə maraqlanan səyyahlara çox maraqlı gələcək. Biz Brüssel ilə tanışlığı davam etdiririk. Burada turistləri hər addımbaşı maraqlı kəşflər gözləyir.

Atomium molekula odadır

Parisin ən tanınan rəmzi Eyfel qülləsidirsə, Brüsselinki Atomiumdur. Bu iki tikili arasında ümumi cəhət çoxdur. Hər ikisi Ümumdünya sərgisi münasibətilə inşa edilib, hər ikisi texniki tərəqqini nümayiş etdirmək məqsədi daşıyıb, hər ikisindən müşahidə meydançası kimi istifadə olunur. Ancaq Atomium qüllə deyildir. O, kristallik vəzi şəbəkəsinin 165 milyard dəfə böyüdülmüş fraqmenti formasında mürəkkəb arxitektura qurğusudur.

Bu unikal tikili 1958-ci ildə Brüsseldə keçirilmiş “Expo” Ümumdünya sərgisinin açılışı üçün ucaldılıb. Arxitektor Andrey Vaterkeyn onu atom əsrinin və atom enerjisindən dinc məqsədlərlə istifadənin rəmzi kimi düşünüb. O dövrdə ABŞ ilə SSRİ arasında güclü qarşıdurma vardı. Bu da sərginin məzmununda əksini tapıb. Bu ölkələrin pavilyonları iki nüvə dövlətinin barışmaz qarşıdurmasını nümayiş etdirirdi.

Ümumi konstruksiyada birləşmiş 9 kürədən (atomlardan) ibarət tikilinin hündürlüyü 102 metr, çəkisi 2400 tondur. Əvvəllər alüminium təbəqə ilə örtülüb. Kürələr arasında eskalatorlarla və liftlə hərəkət edirlər. 2006-cı ildə Atomium əsaslı təmir edilib və üzərinə parıldayan polad təbəqə çəkilib. Qurğu gecə saatlarında 2970 işıq-diod lampası ilə işıqlandırılır.

Atomiumun içərisində gəzib-dolaşmaq çox maraqlıdır. Beş kürədə yerləşən 8 pavilyon camaat üçün açıqdır. Atomium tuneləbənzər keçidlərlə sürrealist gəzinti ilə yanaşı, geniş ictimaiyyət üçün nəzərdə tutulmuş müxtəlif sərgilər təqdim edir. İki pavilyonda “Expo-58” sərgisindən və binanın tarixindən söhbət açan daimi ekspozisiya yerləşir. Digər üç pavilyonda arxitektura, dizayn və cəmiyyətə həsr olunmuş müxtəlif müvəqqəti ekspozisiyalar təşkil edilir. Məsələn, biz orada olanda 1923-cü ildən 2001-ci ilədək Belçikada fəaliyyət göstərmiş “Sabena” dövlət aviaşirkətinin 78 illik fəaliyyətini əks etdirən sərgi keçirilirdi. Gəncləri maarifləndirmək üçün də Atomiumdan geniş istifadə olunur. Burada şagirdlər üçün seminarlar keçirilir.

Lap yuxarıda yerləşən kürədən Brüsselə gözəl mənzərə açılır. Hava yaxşı olanda hətta Brüsseldən 40 kilometrdən çox məsafədə yerləşən Antverpen də 92 metr yüksəklikdən görünür. Bu səviyyədə Atomiumun restoranı yerləşir və elə belə də adlanır: “Panoramic”. Müşahidə meydançasından məşhur “Mini-Avropa” miniatür parkı ovuc içi kimi görünür. İnsanlar Atomiumda olandan sonra adətən bu maraqlı parka baxmağa yollanırlar. Biz də belə etdik.

Miniatür Avropa və sirli ev

“Mini-Avropa” parkında bütün Avropa İttifaqını cəmi bir neçə saata gəzib dolaşmaq olar. Burada 24 min kvadratmetr ərazidə Köhnə dünyanın 80-dən çox şəhərinin təqribən 350 monumentinin maketləri təqdim edilib. Bütün modellər 1/25 miqyasında çox böyük dəqiqliklə hazırlanıb. Bunun sayəsində müxtəlif konstruksiyaları və texnoloji nailiyyətləri, o cümlədən binaları, nəqliyyat vasitələrini, diqqətəlayiq təbiət guşələrini asanlıqla müqayisə etmək olar. Parkın daha bir çox gözəl özəlliyi var: burada eksponatlara nəinki baxmaq, həm də onlarla “oynamaq”, məsələn, Vezuvi vulkanını püskürtmək, Berlin divarını sökmək, Sevilya arenasında öküzə qalib gəlmək olar. Relslər üzərində qatarlar hərəkət edir, yollarda avtomobillər şütüyür, süni çaylarda gəmilər üzür. Londondakı Biq-Ben qülləsinin saatı lap özünün orijinalı kimi dəqiq vaxtı göstərir. Miniatür monumentlərin yanında qazonlar salınıb, cırtdan bonsay ağacları əkilib.

Maraqlıdır ki, layihələrin çoxu onların aid olduğu Avropa ölkələri və regionları tərəfindən maliyyələşdirilib. Brüsseldəki Qrand Plas meydanı kimi, bəzilərinin dəyəri 350 min avroya çatır. Başqa cür ola da bilməz, axı detalların sayı çoxdur. Meydanda hətta Belçika mənşəli Hollivud aktyoru Jan Klod Van Dammın məşhur şpaqat hərəkətini etdiyi vəziyyətdə heykəlini də görmək olar.

Amma gəlməyə dəyərdi. İldə 370 mindən çox qonaq qəbul edən və 3 milyon avroluq illik dövriyyəsi olan “Mini-Avropa” Brüsselin ən gediş-gəlişli məkanlarından biridir.

“Oyuncaq” Brüsseldə gəzişdikdən sonra real Brüsselə keçək. Səfərin təşkilatçısı, Flandriyanın Turizmin İnkişafı Ofisi bizim üçün daha bir sürpriz hazırlamışdı. Biz sıravi turistlərin az məlumatlı olduğu unikal evə getməliydik. Bu, məşhur flamand arxitektoru və dizayneri Viktor Ortanın evi və emalatxanasıdır. O, XIX əsrdə Avropada yaranmış yeni dekorativ sənət üslubunun – ar-nuvo arxitekturasının ən görkəmli nümayəndələrindən biridir. Arxitekturaya töhfəsinə görə Belçika kralı Viktor Ortaya baron titulu verib. Brüsseldə V.Orta tərəfindən inşa edilmiş 4 bina – “Tassel”, “Solvay” və “Van Eetvelde” otelləri, sözügedən mənzil-emalatxana UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda V.Orta muzeyi də elə bu qeyri-adi evdə yerləşir.

Üçmərtəbəli evin özəlliyi onun qeyri-adi planlaşdırılmasında və detallarındadır. Bina V.Ortanın bir növ “laboratoriyası” olub. O, burada öz dövrünün ən yaxşı texnologiyalardan istifadə edərək, müxtəlif tikinti metodlarını tədqiq edib. Malikanə daxildə bir-biri ilə birləşən iki korpusdan ibarətdir. Özü də evin hər bir hissəsinin özünəməxsus görkəmi var. V.Orta ənənəsinə görə, binanın yaşayış hissəsi iş məkanından (indiki halda söhbət arxitektorun emalatxanasından gedir) ayrıdır. Bütün konstruksiyanın mərkəzi hissəsi pilləkəndir. Bilavasitə əsas pilləkən üzərində şüşə tavan görünür. Hətta mürəkkəb konstruksiyası olan giriş qapısı da elə layihələndirilib ki, malikanənin xidmət heyəti, ev sahibinin ailəsi və qonaqlar dəhlizdə üzləşmirlər. Əlqərəz, bu evi görməyə dəyər!

Evin içində modern üslubunda mebel kolleksiyasından, sənət əsərlərindən, V.Orta və onun müasirlərinin istifadə etdikləri alətlərdən, arxitektorun həyatı ilə bağlı sənədlərdən ibarət daimi ekspozisiya yerləşir. Çox vaxt burada V.Orta və onun sənəti ilə bağlı müvəqqəti sərgilər də keçirilir.

Sənət dağı, Tintin və iquanodon sürüsü

Brüsselin tarixi hissəsinin düz mərkəzində yerləşən əzəmətli Qrand Plas meydanında artıq olmuşuq (bax: http://azertag.az/xeber/Brussel_uch_gun_erzinde_VIDEO-1025314 ). İndi şəhərin ikinci mərkəzinə - Kral meydanının yerləşdiyi Sənət dağına baş çəkmək vaxtı çatıb. Bu iki meydan arasındakı məsafə bir o qədər də böyük deyil: piyada cəmi on dəqiqə. Yolda biz Brüsselin daha bir mühüm özəlliyinə - evlərin divarlarına çəkilmiş komiks səhnələrinə diqqət yetirdik. Burada hər yerdə komikslərə təsadüf olunur. Avropa məkanında Belçika əsl komikslər paytaxtıdır. Komikslərin milli mədəniyyətə və yerli sakinlərin şüuruna bu dərəcədə dərindən nüfuz etdiyi ikinci ölkənin adını çəkmək çətindir. Belçikanın əsas “komikslər şəhəri” isə Brüssel sayılır. Burada hətta divarları müxtəlif komiks personajları ilə bəzədilmiş çoxlu sayda evin daxil edildiyi turizm marşrutları da fəaliyyət göstərir. Əsas komiks qəhrəmanı isə Tintindir. Rəssam Erje tərəfindən düşünülmüş gənc reportyor obrazı, görünür, Belçikanın ən məşhur komiks personajıdır. Stiven Spilberqin 2011-ci ildə çəkdiyi “Tintinin macəraları” animasiya filmindən sonra hətta komikslərlə maraqlanmayanlar belə onu tanıdılar. Hərçənd Belçikanın digər cizgi filmi qəhrəmanları – Smurfiklər də ölkənin hüdudlarından kənarda yetərincə məşhurdur. Əgər komikslərlə maraqlanırsınızsa, Komikslər Muzeyinə getmək sizin üçün maraqlı olar. Bəli, Brüsseldə belə bir muzey də var.

Gəlib Sənət dağına çatdıq. Bu ad ona elə-belə verilməyib, çünki bura başdan-başa çoxsaylı maraqlı muzeylərlə doludur. Məsələn, ar-nuvo üslubunda tikilmiş gözəl binada yerləşən Musiqi Alətləri Muzeyi, erkən dövrə aid flamand rəssamlarının əsərlərinin və ata Piter Breygelin 5 əsərinin nümayiş etdirildiyi Köhnə İncəsənət Muzeyi, “Fin-de-Siecle” Simvolizm və Modernizm Muzeyi və bir çox digər muzeylər. Kral meydanındakı muzeylərdən ən yenisi - 2009-cu ildə açılmış Rene Maqritt Muzeyidir. Sürrealizm cərəyanının kralı R.Maqritt 1898-ci ildə Brüsseldə anadan olub və əsərlərinin çoxunu doğma şəhərində yaradıb. Onun əsərləri mükəmməl rəsm texnikası, habelə adi əşyaların qeyri-adi vəhdəti ilə fərqlənir. R.Maqritt adət etdiyimiz gerçəklik qavrayışını şübhə altına alan vizual paradoks ustasıdır. Onun ağıllı və təhrikedici obrazları çox vaxt həm təbəssüm, həm də həyəcan doğurur. Şübhəsiz ki, 200-dən çox əsərin nümayiş etdirildiyi Rene Maqritt Muzeyi də Brüsselin ən maraqlı mədəni məkanlarından biridir.

İcazə verin, bizdə güclü təəssürat oyadan daha bir muzey barədə sizə məlumat verim. Söhbət Təbiət Elmləri Muzeyindən gedir. Onun kandarından keçənlər sanki qeyri-adi kəşflər və unudulmaz hisslər vəd edən maraqlı səyahətə yollanırlar. Muzeyin əsas özəlliyi onun ekspozisiyasının interaktiv olmasındadır. Yəni muzeyə gələnlər eksponatlarla əlaqə yarada bilərlər. Odur ki, bu muzeyə getmək uşaqdan böyüyə hər kəs üçün maraqlıdır. Məsələn, düymələri basmaqla, nəsli kəsilmiş heyvanların səslərini eşitmək, viktorinada iştirak etmək olar. Təbiət Elmləri Muzeyində Yer kürəsində həyatın inkişafı prosesi canlandırılır. Çoxlu unikal eksponat, məsələn, XX əsrin əvvəlində nəsli kəsilmiş kisəli canavarın, yaxud Tasmaniya canavarının müqəvvası, yaxud Ay daşları və meteoritlər, o cümlədən Avropa ərazisinə düşən 435 kiloqram ağırlığında ən böyük meteorit nümayiş etdirilir. Burada heyvanat aləminin nəsli kəsilmiş nümayəndələri ilə yanaşı, muzey vivariumunda saxlanılan suda-quruda yaşayanlara və həşəratlara tamaşa etmək olar.

Amma insanları cəlb edən əsas eksponat dinozavrlardır. Xalq arasında bu muzeyi dinozavrlar muzeyi adlandırırlar. Axı Avropada dinozavr skeletlərindən ibarət ən böyük kolleksiya bu muzeydədir. Məşhur daşlaşmış heyvan qalıqları 1878-ci ildə Valloniya ərazisində yerləşən kömür şaxtasında 322 metr dərinlikdən tapılmış 29 iquanodon skeletidir. Qazıntılar zamanı skeletlərinin əksəriyyəti bütünlüklə saxlanmış bütöv bir iquanodon sürüsünün tapılması vaxtilə paleontologiyada əsl sıçrayış olub. Alimlər dinozavrın xarici görünüşünün rekonstruksiyasındakı xətaları məhz bu tapıntı sayəsində düzəltməyə müvəffəq olublar.

Bununla belə, Belçika paytaxtında maraqlı muzeylər hələ çoxdur: Kral İncəsənət Muzeyi, Hərb Muzeyi, Avtomobil Muzeyi, İncəsənət və Tarix Muzeyi, Mərkəzi Afrika Kral Muzeyi, Tramvay Muzeyi və sairə və ilaxır. Şübhəsiz ki, bu muzeylərin hamısına baş çəkməyə üç gün yetərli deyildir. Əvəzində Brüsselə qayıtmağa və bu çoxşaxəli şəhərin tükənməz sərvəti ilə tanışlığı davam etdirməyə bəhanəmiz olacaq.

Son söz yerinə

Turistlər üçün praktiki tövsiyələrin nə qədər əhəmiyyətli olduğunu bildiyimiz üçün biz müxtəlif ölkələrə gəzintilərin təşkili ilə bağlı şəxsi təcrübəmizi oxucularla bölüşməyə çalışırıq. Biz növbəti dəfə əmin olduq ki, ölkələrini şərti sərhədlər ayıran, ümumi viza rejiminin qüvvədə olduğu Avropa kombinə edilmiş turlar üçün gözəl fürsətdir. Səfərimizə Fransadan başladıq. Qatara minib oradan rahatlıqla Belçikaya gəldik və səfərimizi burada bitirdik. Paris aeroportuna geri dönməmək üçün bizə Brüssel-Bakı aviareysi lazım idi. Bu məsələnin ideal həllini Ukrayna Beynəlxalq Hava Yollarının uçuş cədvəlində tapdıq. Bu aviaşirkətin reysləri Bakını həm Paris, həm Brüssellə, eləcə də dünyanın bir çox digər şəhərləri ilə bağlayır. Ukrayna Beynəlxalq Hava Yollarının marşrut şəbəkəsi son dərəcə genişdir. Özü də Bakı-Kiyev-Paris, yaxud Brüssel-Kiyev-Bakı tranzit aviareysi, demək olar, birbaşa reys qədər vaxt aparır: təqribən 5,5-6 saat. Yeri gəlmişkən, Bakıdan Avropanın bir şəhərinə uçub, asanlıqla digər şəhərindən geri qayıtmaq olar. Odur ki, bu meydan, bu da şeytan. Avropa bizə hələ bu qədər yaxın olmayıb.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb