DÜNYA


Brüssel və Praqa “Brexit”də Avropa İttifaqının əsas prinsiplərinə təhlükə görmürlər

Praqa, 15 dekabr, AZƏRTAC

Çexiya hökumətinin sədri Boquslav Sobotka Praqada Avropa Komissiyasının nümayəndəsi Mişel Barnye ilə danışıqlar apararaq, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar problemləri müzakirə edib. Siyasətçilər belə bir fikirdə yekdil olublar ki, Avropa İttifaqının təməlində duran dörd azadlığın, o cümlədən Baş nazirin Çexiya Respublikası üçün əsas prioritet adlandırdığı işçi qüvvəsinin yerdəyişmə azadlığının qorunub saxlanması “Brexit”in əsas məsələsidir.

Boquslav Sobotka əmin olduğunu bildirib ki, bu şərt “Brexit” üzrə danışıqların gündəliyinə daxil ediləcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.