DÜNYA
Brüsseldə 62-ci BRAFA incəsənət yarmarkası fəaliyyətə başlayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə 16 ölkənin iştirak etdiyi 62-ci BRAFA incəsənət yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC kommersant.ru saytına istinadla xəbər verir ki, yarmarkada müxtəlif səpgili bədii sənət əsərləri təqdim olunur.
Yarmarkanın ilk günü yalnız KİV nümayəndələri və kolleksiyaçılar üçün açıq olub. Rəsmi açılışdan öncə satışa çıxarılacaq incəsənət məhsulları 100-dən çox ekspert yoxlanışından keçib. Brüsselin Tour & Taxis tarixi sənaye kompleksində yerləşən yarmarkanın ümumi ərazisi isə 15,4 min kvadratmetrdir.
Qeyd edək ki, indiyədək yarmarkada satılmış ən bahalı eksponat 600 min avroluq Tintin obrazının yaradıcısı Erjenin reklam kağızı olub. Builki yarmarkada isə 3-50 min avroluq əsərlər üstünlük təşkil edir. Buna baxmayaraq, yarmarkada dəyəri 2,5 milyon avro olan totonak gil heykəli, Pikassonun 850 min avroluq “Rəssam və onun modeli” kimi çox dəyərli əsərlər də yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]